BAKU FILM &
COMIC CON
Baku Film & Comic Con 2026 Qafqazın ən böyük pop-mədəniyyət festivalıdır və film, serial, anime, komiks, video oyunları və kospley sevərlərini bir araya gətirir.
13 sentyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzi minlərlə pop-mədəniyyət həvəskarını bir araya gətirəcək.

QAFQAZIN ƏN BÖYÜK POP-MƏDƏNİYYƏT FESTİVALI
Dünya səviyyəli kospleyerlər, məşhur aktyorlar, strimerlər və komiks rəssamları bir səhnədə!
BAKU FILM & COMIC CON 2026
Baku Film & Comic Con 2026 Qafqazın ən böyük pop-mədəniyyət festivalıdır və film, serial, anime, komiks, video oyunları və kospley sevərlərini bir araya gətirir.
13 sentyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzi minlərlə pop-mədəniyyət həvəskarını bir araya gətirəcək. Qonaqları beynəlxalq ulduzlar, tematik stendlər, möhtəşəm şoular, müsabiqələr, oyun zonaları və hər yaşdan olan ziyarətçilər üçün əyləncələr gözləyir.
Tədbir Azerbaijan Cosplay Festivals peşəkar komandası tərəfindən təşkil olunur. Komanda 2019-cu ildən etibarən Azərbaycanda ən böyük pop-mədəniyyət festivallarını keçirir.
Festivalın əsas qonağı Stranger Things və Game of Thrones seriallarındakı məşhur rolları ilə tanınan dünya şöhrətli beynəlxalq aktyor olacaq. O, eksklüziv səhnə panelində və açıq Q&A sessiyasında iştirak edərək çəkilişlərdən maraqlı xatirələrini bölüşəcək və tamaşaçıların suallarını cavablandıracaq.
Festival proqramı daim yenilənir. Yeni beynəlxalq qonaqlar, fəaliyyətlər və elanlar təsdiqləndikcə əlavə olunacaq.
FESTİVALDA SİZİ GÖZLƏYİR:
XÜSUSİ QONAQLAR
Baku Film & Comic Con festivalında dünya şöhrətli kino və serial ulduzları ilə şəxsi görüşlər!
KOSPLEÝ MÜSABİQƏSİ VƏ ŞOU
Qafqazın ən istedadlı kospleyerləri və möhtəşəm səhnə performansları!
MÖHTƏŞƏM KOSPLEÝ MÜSABİQƏSİ
Peşəkar və həvəskar kospleyerlərin ən yaxşı çıxışları, möhtəşəm kostyumlar və səhnə şouları!
SƏHNƏ VƏ ZONALARIN SXEMİ
Bakı Ekspo Mərkəzində Səhnə, VIP Sektor, Foto Zonaları və Oyun Arenalarının yerləşmə planı
ƏSAS SƏHNƏ
ƏSAS SƏHNƏ VƏ HEDLAYNER PANELİ
VIP SEKTOR
Səhnə qarşısında VIP oturacaqlar, saat 10:00-dan VIP giriş, Meet & Greet, içkilər və avtoqraf
GENERAL ADMISSION
Festivalın bütün ərazisinə, Əsas səhnəyə, fudkorta və turnirlərə giriş
TEZ-TEZ VERİLƏN SUALLAR
BAKI EKSPO MƏRKƏZİ
ÜNVAN VƏ MƏKAN
Heydər Əliyev prospekti 515, Bakı, Azərbaycan, AZ1050
TELEFON / QAYNAR XƏTT
(+99410) 265 16 14E-POÇT ÜNVANI
info@bakuexpocenter.azFESTİVALA GİRİŞ QAYDALARI:
- Bu tədbir üçün biletlər QR bilet və ya fiziki bilet formatında əldə edilə bilər. Fiziki biletlər iTicket.AZ satış məntəqələrində təqdim olunur.
- QR biletlər tədbir günü aktivləşdirilir. Tədbirə giriş zamanı QR biletdən istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmağınız tələb olunur.
- Tədbirə giriş zamanı bilet yalnız orijinal formatda təqdim edilməlidir. Biletin surəti, fotoşəkli, skan edilmiş və ya digər qeyri-orijinal nüsxələri ilə girişə icazə verilmir.
